İstanbul teraktını bu qadın törədib - Foto

İstanbulun Vəznəcilər bölgəsində polis avtomobilini partladan kamikadzenin kimliyi bəlli olub.

sabahinfo.az  xəbər verir ki, hücumu daha öncə internet vasitəsi ilə öz üzərinə götürən PKK-ya bağlı Kürdüstan Azadlıq Şahinləri (TAK) teraktın 32 yaşlı Əyləm Yaşa adlı qadın tərəfindən törədildiyini açıqlayıb.

 

Xatırladaq ki, iyunun 7-də baş verən terror hücumu nəticəsində altısı polis olmaqla 11 nəfər həlak olub, 36 nəfər isə yaralanıb.