İstanbulun Beşiktaş bölgəsində törədilən terror aktını hansı terror təşkilatının törətdiyi bəlli olub.
sabahinfo.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ötən gecə İstanbulda törədilən iki terror aktını terror təşkilatı PKK-nın qolu olan TAK üzərinə götürüb.
Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23:29 radələrində İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.