İstanbulda yüzlərlə hərbçi azadlığa buraxıldı

İstanbulda hərbi çevrilişə cəhdlə bağlı həbs edilmiş 989 hərbi qulluqçudan 758-i azadlığa buraxılıb.

sabahinfo.az-ın məlumatına görə, bu barədə şənbə günü, iyulun 30-da,Anadolu agentliyi xəbər verir.

Sərbəst buraxılan şəxslərin arasında hərbi məktəblərin kursantları da var.

Qeyd olunur ki, onlar ifadə verdikdən sonra prokurorluğun tövsiyyəsinə əsasən azadlığa buraxılıblar.