Konsert zalının tavanı uçdu: - 15 yaralı

Norveçin paytaxtı Osloda "Sentrum Scenе” konsert zalının tavanının qismən uçması nəticəsində 15 nəfər xəsarət alıb.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident  zalda yeni təhsil ilinin başlanılması ilə əlaqədar tədbirin keçirilməsi zamanı baş tutub.


1800  tamaşaçı tutumuna malik  olan "Sentrum Scenе”-də təxliyə tədbiri həyata keçirilib. Hadisənin başvermə səbəbləri barədə hələ ki, məlumat verilmir.