Korrupsiyaya qarşı mübarizə ilə bağlı təkliflər hazırlanıb

Azərbaycan Respublikası Prezidenti yanına QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Konstitusiya” Araşdırmalar Fondu tərəfindən həyata keçirilən "Korrupsiyaya qarşı mübarizədə vətəndaş iştirakçılığının genişləndirilməsi məqsədilə maarifləndirmə kampaniyasının təşkili” layihəsi çərçivəsində korrupsiyaya qarşı mübarizədə vətəndaş iştirakçılığın genişləndirilməsi ilə bağlı təkliflər hazırlayıb.

İctimai nəzarətin və vətəndaş iştirakçılığının gücləndirilməsi üçün mövcud imkanlar

Azərbaycanda əsas insan hüquq və azadlıqlarının qorunması sahəsində mövcud mexanizmlərin səmərəli işləməsi, həyata keçirilən antikorrupsiya tədbirlərinin, biznes mühitinin yaxşılaşdırılması, büdcə vəsaitlərinin effektiv istifadəsi ilə bağlı atılan addımların daha çox fayda verməsi üçün ictimai nəzarətin genişlənməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanda son illər ictimai nəzarətin həyata keçirlməsi üçün normativ-hüquqi bazanın təkmilləşdirilməsi, institutisional əsaslarının yaradılması istiqamətində mühüm addımlar atılıb.

Müasir standartlara cavab verən "İnformasiya əldə etmək haqqında” qanun qəbul edilib. Çox liberal "Kütləvi informasiya vasitələri haqqında” qanun KİV-in qeydiyyatı, azad, sərbəst fəaliyyəti üçün təminat verir. Sosial şəbəkələrin fəaliyyəti üçün heç bir məhdudlaşdırıcı addımlar atılmayıb.

Vətəndaşların informasiya əldə etmək, sərbəst yaymaq, öz fikir və ideyalarını sərbəst yaymaq, bölüşmək, ictimai birliklər yaratmaq, birləşmək azadlıqlarına Azərbaycan Respublikası Konstitusiyası ilə təminat verilir.

İctimai nəzarətin həyata keçirilməsi işinin təkmilləşdirilməsi istiqamətində "İctimai iştirakçılıq haqqında” qanunun qəbulu çox mühüm addım oldu. "İctimai iştirakçılıq haqqında” qanun ictimai nəzarət mexanizmlərinin tətbiqinin instutlaşması baxımından, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai Şuraların yaradılması, ictimai ekspertiza, ictimai dinləmələrin keçirilməsinin qanunla tənzimlənməsinin nəzərdə tutulması nöqteyi-nəzərdən çox geniş imkanlar yaradır.

İctimai nəzarətin həyata keçirilməsi ilə bağlı vətəndaşların, ictimai təşkilatların təçəbbüslərinə hökumət tərəfindən dəstək verilməsi ilə bağlı ən yüksək səviyyədə siyasi iradə nümayiş etdirilib. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev dövlət idarəçiliyinin səmərəli qurulması, korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin əhəmiyyətini xüsusi olaraq vurğulayıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirib ki, "İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik". Bundan əvvəl 28 may Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində dövlət başçısı qeyd edib ki, "İdarəetmə sahəsində müsbət islahatlar aparılır. Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür”.

Prezidentin çağrışları və tövsiyyələri ictimai nəzarətin genişləndirilməsi, ictimai nəzarət institutlarının səmərli fəaliyyətinin zəruriliyini bir daha aktuallaşdırıb.



Konstitusiya Araşdırmalar Fondu bu istiqamətdə ekspert araşdırmaları əsasında aşağıdakı təklifləri təqdim edir:

1. "İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqinin sürətləndirilməsi.


İctimai nəzarətin həyata keçirilməsi işinin təkmilləşdirilməsi istiqamətində "İctimai iştirakçılıq haqqında” qanunun qəbulu çox mühüm addım oldu. Bununla belə qanunun qəbulundan xeyli müddət ötsə də yalnız Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəzi Nazirliyi, Gəncə şəhər və Binəqədi rayon icra hakimiyyətləri yanında İctimai Şuralar yaradılıb. Bundan əvvəl Ədliyyə Nazirliyi yanında Pentensiar Xidmətə Nəzarət üzrə İctimai Komitə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İdman və Gənclər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mədəniyyət Nazirliyi, DİN-də, dövlət Qulluğu Məsələləri üzrə Komissiya yanında İctimai Şura formatında qurumlar yaradılıb.

Məqəsədə uyğun olardı ki, bütün mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai Şuraların yaradılması prosesi qısa zaman kəsiyində yekunlaşsın. Bu vaxta qədər yaradılan İctimai Şuralar "İctimai iştirakçılıq haqqında” qanunun tələblərinə uyğun olaraq yenidən təşkil olunsun.


2. "İctimai iştirakçılıq haqqında” Qanunun geniş təbliği və bu mövzuda vətəndaş cəmiyyəti institutları fəalları üçün təlimlərin keçirilməsi

Azərbaycan Respublikası Prezidentinin yanına QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi bu sitqiamətdə layihələr icra olunur. Bu maarifləndirici layihələrin miyqsıanın genişləndirilməsinə çox ciddi ehtiyac hiss olunur. Sosial şəbəkələrdə keçirilən sorğular göstərir ki, bu məsələdə məlumatlılıq səviyyəsi yetərincə deyil. Mərkəzi və yerli icra hakimiyyəti orqanları da bu məsələ ilə maarifləndirici təşəbbüslər etməli, təlimlər keçirilməsinin təşəbbüskarı olmalıdırlar.


3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları üçün "İctimai iştirakçılıq haqqında” qanun, vətəndaş iştirakçılığı, ictimai nəzarətin təşkili ilə bağlı təlimlər keçirilməsinə çox ciddi ehtiyac var. Bir çox hallarda mərkəzi və yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşlarının bu istiqamətdə aparılan dövlət siyasəti və ondan irəli gələn tələblər barədə yetərincə məlumat malik olmadığının şahidi oluruq

4. Milli, yəni ölkə səviyyəsində mərkəzi TV-lər cəlb olunmaqla maariflədnirici tədbrlərin, müzakirə və diskusiyaların təşkili çox mühüm vəzifə kimi qarşıda durur. Bu istiqamətdə QHT-lərin səyləri ilə internet məkanında və sosial şəbəkələrdə yetərincə maarifləndirmə aparılır. Lakin əhalinin böyük kəsimi informasiyanı məhz TV-lər vasitəsilə alır. TV-lərin cəlb olunması ilə maarifləndirmə istiqmaətində təşəbbüslərə çox ciddi ehtiyac var.

5. Regionlarda yerli icra hakimiyyətlərinin təşkilatçılığı ilə "Vətəndaş iştirakçılığının genişləndirilməsi, ictimai nəzarətin təşkili” mövzusunda vətəndaş forumlarının keçirilməsi

6. Ali məktəblərdə korrupsiyaya qarşı mübarizədə vətəndaş iştirakçılğı, ictimai nəzarətin təşkili ilə bağlı mövzularda ictimai mühazirələrin təşkili

7. Korrupsiyaya qarşı mübarizədə preventuv tədbilər və korrupsiya risklərini azalmasına yönəlik bir sıra tədbirlərin ləngiməsi, korrupsiya riski yüksək olan sahələrdə elektron xidmətlərin ləng tətbiqi diqqət mərkəzində saxlanılmalı və bu istiqamətdə işlərin sürətləndirilməsi üçün Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya, vətəndaş cəmiyyəti institutları müvafiq səylər göstərməlidirlər. QHT-lər, KİV bu məsələni korrupsiyaya qarşı mübarizə aspektində aktual məsələlər kimi gündəlikdə qalması üçün səylər göstərməlidirlər

8. Korrupsiyaya qarşı mübarizə ilə bağlı ali və orta ixtisas məktəblərinin, ixtisasartırma və tədris mərkəzlərinin proqramlarında korrupsiya ilə mübarizə haqqında tədris kurslarının təşkili ilə bağlı ciddi addımlar atılması antikorrupsiya mədəniyyətinin formalaşmasında çox mühüm addımdır. Bu sitiqamətdə hərəkətsizlik ümumilikdə korrupsiyaya qarşı mübarizə səylərinə neqativ təsir göstərir. Müvafiq qurumlar, Təhsil Nazirliyi, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya vaxt itirmədən bu istiqamətdə irəliləyişə nail olmaq üçün səylər göstərməlidirlər.

9. Korrupsiyaya qarşı mübarizə tədbilərinin həyata keçirilməsi, bu sahədə tədbirlərin icrası zamanı vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq genişləndirilməlidir. Xüsusən qanun layihələri, qayda və meyarların hazırlanması, tənzimləyici alətlərin tətbiqi sahəsində bu əməkdaşlıq çox böyük fayda verərdi. İndiki halda bu istiqamətdə müəyyən irəliləyiş olsa da, əməkdaşlığın daha da dərinləşməsinə ciddi ehtiyac var.

10. Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarına qrant vəsaitlərinin ayrılması, kursların təşkili, maarifləndirici fəaliyyətin həyata keçirilməsi üçün sifarişlərin verilməsi korrupsiyaya qarşı mübarizə siyasətinin cəmiyyət tərəfindən dəstəklənməsi, islahatlar üçün əlverişli zəmin yaradılmasına çox böyük töhfə olardı. QHT-lərin antikorrupsiya təşəbbüsləri daha çox xarici donorlar tərəfindən maliyyələşdirilirdi. Müvafiq dövlət qurumları bu məsələləri diqqətdə saxlanılmalı və vətəndaş cəmiyyətinin antikorrupsiya təşəbbülərinə dəstək verilməsi ilə bağlı əməli addımlar atılmalıdr. Hazırda maddi resursların azlığı onlara öz potensialını tam reallaşdırmağa imkan vermir.