Qubada icra olunan "Azərbaycan modeli: İslami dəyərlərin qorunması, dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi” mövzusunda maarifləndirmənin təşkili layihəsi yekunlaşıb.
Sabahinfo.az-ın məlumatına görə, layihə "Faiq” Kənd təsərrüfatı məhsulları istehsalçılarının İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.
Yekun tədbirində İctimai Birliyin sədr müavini Vaqif Həsənov layihənin məqsədi və donoru haqqında məlumat verərək bildirib ki, ölkəmizdə multikultural və tolerant mühitin mövcud olması sayəsində layihənin icra olunduğu şimal bölgəsində müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələri yaşayırlar.
Layihənin eksperti Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili” elan edilməsindən, ölkəmizdə mövcud olan multikultural və tolerant mühitdən, dövlət-din münasibətlərində İslami dəyərlərimiz qorunmaqla yanaşı, dini radikalizmə qarşı mübarizə gücləndirilib.
Qeyd edək ki, tədbir iştirakçılarına layihə çərçivəsində çap olunmuş bukletlər paylanılıb, dəftərxana ləvazimatları hədiyyə edilib.