Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
cənablarına
Lerik rayon sakinlərinin
MÜRACİƏTİ
(təkrar)
Cənab Prezident!
Biz,
Lerik rayonunun bir qrup sakini (207 nəfər) 25 fevral 2019-cu il tarixli
SS88561706405AZ №-li müraciətimizin müsbət nəticəsini görməməyimiz səbəbindən
Siz cənabları təkrar narahat etmək məcburiyyətindəyik.
Bir
ziyalı vətəndaşın tapdanmış hüquqlarının bərpa olunması naminə bütün təşəbbüslər
məmur özbaşınalığına, süründürməçiliyinə, bir sözlə, bürokratizmə məruz qalır.
Sizdən çox böyük ölçüdə vətəndaşların rifah halının yaxşılaşması yonündə davaml
olaraq həyata keçirdiyiniz tədbirlər, verdiyiniz göstərişlər, imzaladığınız sərəncamlar
bir çox icra məmurları tərəfindən mirmənalı qarşılanmır.
Belə
ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bizə verilən məlumatdan
belə bir nəticə hasil olur ki, bu ali qurumun səyi qanunlarımızın aliliyinə
xidmətə deyil, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinin müdafiəsinə
yönəlib. Azərbaycan Dövlət Pedaqoji Universiteti rəhbərliyinin bu cür yanaşması
xaqlı dövlətdən narazı salmağa xidmət edir və bu, bizi narahat etməyə bilməz.
Siz
yaxın keçmişdə bütün icra məmurlarını, Prezident Aparatının məsul işçilərini vətəndaşlarla
mütəmadi olaraq görüşlər keçirməyə və onların problemləri ilə tanış olmağa,
mümkün olan hər şeyi etməyə yönəltdiyiniz halda, Təhsil Nazirliyinin insan
resursları şöbəsi bir rayonun ictimaiyyətini təmsil edən 207 nəfər vətəndaşın qəbulu
üçün münasib bir zaman ayıra bilmir. Biz Lerik sakinləri bunu özümüzə hörmətsizlik
kimi qiymətləndiririk. Biz cənab nazirin deyil, adını çəkdiyimiz şöbənin
müdirinin qəbuluna düşmək üçün may ayının 6-nı gözləməliyik. Halbuki gözləmək
imkanları tamamilə tükənmişdir. Beş nəfərdən ibarət bir ailənin başçısı və
yeganə qazanc gətirəni 2 ildən artıqdır ki, qanunsuz olaraq işdən kənarlaşdırılmışdır.
Ailənin maddi və mənəvi durumu çox dözülməz bir həddə çatmışdır. Təhsil
Nazirliyinin bu problemin həllindəki mövqeyi obyektiv sayıla bilməz. Elə bu səbəbdən
bir daha Sizə güvəndiyimizi bildirir, daha təsirli göstərişlər verməklə ədalətin
bərpa olunacağına ümid edirik.
Qabaqcadan
minnətdarlığımızı qəbul edin.
Əlaqə
üçün ünvan:
Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu 15, mənzil 1/4
Tel.:012 373 06 05; 050 317 12 05
Qoşma:
05 vərəqdə; İmzalar siyahısı əlavə olunur (207 nəfər)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
zati-aliləri Mehriban xanım Əliyevaya
Lerik rayon sakinlərinin
MÜRACİƏTİ
(təkrar)
Hörmətli Mehriban xanım!
Lerik
rayon ictimaiyyəti adından (207 nəfər) 27.02.2019-cu il tarixdə Sizə edilmiş
müraciətimiz Şəxsiniz tərəfindən bizə diqqət kimi dəyərləndirilərək, Azərbaycan
Dövlət Pedaqoji Universitetinə yönəldilmiş, lakin Azərbaycan Dövlət Pedaqoji
Universiteti rəhbərliyinin məntiqsiz, şablon cavabı və süründürməçiliyi bizi təkrarən
Sizə müracət etmək məcbiriyyətini labüd etdi.
Hörmətli Mehriban xanım! Haqqında müraciət etdiyimiz Vidadi Hüseynov çox tərbiyəli
ziyalı, rayon, hətta respublika səviyyəli bir ailənin övladıdır. Rəhmətlik
atası ucqar dağ kəndlərinin birində təhsilin əsasını qoymuş və həmin kəndin
maariflənməsinə nail olmuşdur. Qardaşları da Vidadi Hüseynov kimi ali təhsilli,
vətənə, elinə, dövlətə və Prezidentinə sadiq, aralarının miras qoyduğu yolun
davamçılarıdırlar. Vidadi Hüseynov Bakıda yaşamağına vaxmayaraq kəndin və rayonun
xeyir-şərlərində daima iştirak etmiş və bununla da rayon ictimaiyyətini rəğbətini
qazanmışdır.
Bilirsiniz
ki, Lerik rayonu kiçik, ucqar dağ rayonudur. Burada hamı bir-birini tanıyır.
Ona görə də bu müraciət sahiblərinin hər biri Vidadi müəllimi şəxsən tanıyır və
saflığına, şəxsiyyətinə hörmət bəsləyirlər. Amma Lerik ictimaiyyətindən fərqli
olaraq, deyəsən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyi üçün
vicdan, ləyaqət, saflıq sadəcə quru sözlərdir və bu kimi insani hisslərə
barmaqarası baxır. Çünki Vidadi müəllimin işdən çıxarılmasında onun bu
saflığından sui-istifadə edib, nəticədə Vidadi müəllim işsiz qalır və beş nəfərlik
bir ailənin dramı başlanır.
Hörmətli Mehriban xanım! Siz əvvəlki müraciətimiz alicənablıq edərək, Azərbaycan
Dövlət Pedaqoji Universitetinə yönəldilməsi ilə bağlı sərəncam verdiyiniz
halda, Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş hüquqşünası Z.S.Nağıyev tərəfindən
yenə də məntiqsiz, şablon cavablandırılaraq yuxarıda qeyd etdiyimiz ərizənin
mövcudluğunu və guya Vidadi Hüseynovun öz kefinə yazdığı ərizə ilə işdən
çıxarıldığını yazır.
Gəlin,
məntiqlı yanaşaq. Vidadi müəllim hansı başqa işə keçib ki, bu məzmunda ərizə
yazsın? (ərizənin surəti əlavə olunur) Beş nəfər ailə üzvü olan bir ailəni nə
ilə dolandırsın ki, onsuz da maaşı az olan bir texniki işçilikdən də ərizə
yazıb özü işdən çıxsın? Şükr Allaha ki, respublikamız müasir dünyada mövcud
bütün informasiya resurslarına malikdir
və 07.02.2017-ci ildən bəri Vidadi Hüseynovun harada işləyib-işləmədiyini
asanlıqla üzə çıxarmaq olar. Bəs belə olan təqdirdə niyə Azərbaycan Dövlət
Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov kimi bir qolçomağın vicdanı
sızlamır? Niyə Respublika Prezidenti cənab İ.Əliyevin hər bir vətəndaşın şəxsən
qayğısına qalmağını və problemlərinin həlli ilə bağlı atdığı addımları görmür?
(Yəqin ən azından Azərbaycan Televiziyasına baxmır, yoxda gərək nə qədər
gözübağlı biri olasan bu miqyasda olan işləri görməyəsən)
Çox hörmətli Mehriban xanım! Bizə çatan məlumatlardan belə bəlli olur ki, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin rəhbərliyi tərəfimizdən yüksək instansiyalara
edilmiş müraciətlərdən təşvişlənərək etdikləri səhvi düzəltmək əvəzinə yeni
planlar qurur və Vidadi müəllimi şantajla hədələyir. Bu da biz (207 nəfər) və
bütün Lerik ictmaiyyətini hiddətləndirir, digər addımların atılmasına sövq
edir. Getdikcə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bu tərzdə idarə etməsi
xalqı dövlətə qarşı narazı salmağa hesablanıb.
Cəfər
Cəfərovun da aqibətinin A.Məhərrəmov kimi olmağına şübhə etmirik. İnşallah göydə
Allah, yedə isə qayğıkeş Prezidentimiz və Siz alicənab bir Xanımın köməkliyi ilə
ədalət bərpa olunacaq, incilərək bədbinliyə qapılmış bir ailə bu Novruz günlərində
sevinəcəkdir.
Qabaqcadan
minnətdarlığımızı qəbul edin.
Əlaqə
üçün ünvan:
Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu 15, mənzil 1/4
Tel.:012 373 06 05; 050 317 12 05
Qoşma:
06 vərəqdə; İmzalar siyahısı əlavə olunur (207 nəfər)