Bloqer elm adamlarını çaş-baş qoyan vəziyyətlə üzləşdi - VİDEO

Avstraliyalı bloqer Brodi Moss kayak sürərkən elm adamlarının hələ də bir açıqlamasını tapa bilmədiyi hadisə ilə üzləşib.

Onun sözlərinə görə, dənizdə qəfildən qarşısına balina quyruğu çıxıb. Bloqer məsafəni saxlamaq üçün qayığını bir az geriyə yönəldib və çəkilişə başlayıb. Bu vaxt o, balinanın quyruğunun ətrafında üzən balasını görüb.

Bloqer ətraflı çəkiliş üçün kameranı suyun altına endirib. Burada balanın başını yetkin balinanın sinəsinə yaxın qoyduğu görünür.

Qeyd edək ki, balinanın şaquli şəkildə “donmuş” vəziyyəti uzun onilliklərdir alimlərin müzakirə mövzusudur. Bu davranış ancaq tək yaşayanlarda, analarda və bir dəfə də hamilə balinada müşahidə edilib.

Moss ümid edir ki, onun çəkilişləri elm adamlarına balinanın bu hərəkətini daha yaxşı anlamağa kömək edəcək.