Bloqqer Kərimov Əlinin "arzuları"

Bütün fəaliyyəti Azərbaycan xalqının güzəranını pisləşdirmək, onun təhlükəsizliyini təmin edən dövlət qurumlarına "ləkə" yaxmaqdan ibarətdir bloqqer Kərimov Əlinin.

Bunu Sabahinfo.az-a açıqlamasında Mircalal Mehdiyev deyib.

Mircalal Mehdiyevin sözlərinə görə məhz Cənab Prezident İlham Əliyevin mərd-mərdanə siyasəti, zəhməti hesabına Azərbaycanla dostluq-qardaşlıq münasibəti quran nəhəng dövlətlərlə aramızda olan çox yaxşı əlaqələrə xələl gətirmək üçün bloqqer Kərimov Əli bütün yollara əl atır (atırlar). Yeganə məqsədləri Azərbaycan dövlətini xarici havadarlarının tapşırığı əsasında xaosa sürükləməkdir, təbii ki, sirr deyil bu cəhdlərinə görə onlara maliyyə ayrılır. Özlərini işinin "peşəkarı" kimi göstərmək, maliyyənin onlara boş yerə ayrılmadığını sübut etmək və eyni zamanda havadarları tərəfindən onlara olunan "etimadı" doğrultmaqdan ötrü Azərbaycan dövlətinin imicinə xələl gətirə bilən bütün yollara əl atırlar. Təsəvvür edin bu insanlar hələ muxalifətdədirlər Azərbaycan dövlətinin imicini bu qədər ləkələməyə cəhd edirlər, İqtidarda "olarlar"sa Azərbaycan dövlətinin və onun vətəndaşlarının taleyi necə olacaq təsəvvür etmək çətin deyil. Xüsusiylə gələcək nəsil bu işlərdə ayıq-sayıq olmalıdır, ölkəmiz gələcək nəsillərə əmanətdir onlar bu həqiqətləri bilməlidirlər, tarixin zibil yeşiyinə atılan və Azərbaycan dövlətinin idarəçiliyində bir daha yeri olmayan xəyanətkar dəstələri və onların tör-töküntülərini tanımalıdır yeni yetişən gənc nəsil. Müzəffər Ali Baş Komandan Cənab Prezident İlham Əliyevin yüksəltdiyi Azərbaycan dövlətinin nüfuzunu, imicini qorumaq hər bir vətəndaşın vicdan borcudur, bu işdə əsasən xüsusi yük gənclərin çiyninə düşür.

Kərimov Əlinin ən başlıca arzularından biri Azərbaycan dövlətinin ərazi bütövlüyünün risk altında olması, torpaqlarımızın düşmən işğalına məruz qalmasıdır. Qoy aldadıb toruna saldığı gənclərə danışdığı cəfəng nağıllar daha inandırıcı olsun. İstəyən insan yaxın keçmişlə maraqlansa görəcək ki, Kərimov Əli nə qədər gənclərin həyatını alt-üst edibdir öz maraqları uğrunda, nə qədər gənc pis vərdişlərə qurşanıb, nə qədər gənc sonradan anlasada səhv yoldadır geri dönüşü olmayıb, nə qədər gəncin potensial cinayətkar olmasında səbəbkar rolunu oynayıb.

Gənclər, xüsusiylə yeniyetmələr ayıq-sayıq olmalıdırlar, onların valideynləri övladlarına ən az 20 yaşına qədər çox ciddi nəzarət etməlidirlər, hətta mobil telefonuna gələn və gedən zəngləri yoxlamalı, bununla bağlı mobil operatorlardan çıxarış almalıdırlar. Valideynlər uşaqlarının sosial şəbəkə hesablarında kimlərlə mesajlaşdıqlarına nəzarət etməlidirlər.