"Üzərində qələbə qazandığım rəqibim təcrübəli idmançı idi, artıq üç dəfə Olimpiada yarışlarında iştirak etmişdi. Onun üzərində qələbə qazanmaq asan olmadı".
sabahinfo.az Trend-ə istinadən bildirir ki, bunu Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan yığmasının boksçusu Məhəmmədrəsul Məcidov Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya müsahibəsində deyib.
M.Məcidov komandanın yarışlara yaxşı hazırlaşdığını bildirib. O, komanda hesabı baxımından birinci yeri tutmağa ümid etdiyini də bildirib.
Növbəti rəqibinin Qazaxıstandan İvan Diçko olduğunu deyən M.Məcidov qeyd edib ki, o da təcrübəli idmançıdır: "Ancaq mən artıq onun üzərində 2 dəfə qələbə qazanmışam. İndi də onun üzərində qələbə qazanmalıyam".
M.Məcidov komandamızın ən azı 5 medal qazanacağına inandığını bildirib.