Əfsanəvi boksçu Məhəmməd Əlinin cənazəsi Arizona ştatından Louisvill şəhərinə özəl təyyarə ilə gətirilib.
sabahinfo.az xəbər verir ki, onun cənazə mərasimi cümə günü təşkil ediləcək.
Məhəmməd Əlinin ərəb dilində ayələrlə yazılı olan parçaya sarılı tabutu havalimanında böyük kortejlə qarşılanıb. Kortejdə mərhumun ailə üzvləri və yaxınları iştirak edib.
Qeyd edək ki, o, 32 il boyunca parkinson xəstəliyiylə mübarizə apardıqdan sonra 74 yaşında vəfat edib.