Mehriban Əliyeva amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisə müraciət etdi

Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban Əliyeva 28 May - Respublika Günü münasibətilə amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.

sabahinfo.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin I vitse-spikerti Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, amnistiya aktının 10 min məhbusu əhatə edəcəyi gözlənilir.