"Hələ arzularım var. Oğlum Rauf dünyasını dəyişdi, onun 13 yaşlı övladı Ağəli qalıb”. sabahinfo.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Kubra Əliyeva deyib.
Aktrisa "ATV maqazin onlarla” verilişinə açıqlamasında bildirib ki, tək istəyi nəvəsini boya-başa çatdırmaqdır:
"Nəvəm yeddinci sinifdə oxuyur. Tək istəyim Ağəliyə bir gün ağlamaqdır. Rəbbim mənə o günə qədər nəfəs versin. Verməsə də, qismət. Torpaqdan gəlmişik, torpağa da gedəcəyik".
K.Əliyeva bundan sonra heç bir filmdə, serialda rol almayacağını söyləyib:
"Ancaq verilişlərə qonaq ola bilərəm. Səhnəni yuxuda görürəm. Çox istəyirdim yeni tamaşada oynayım, amma güc lazımdır. Buna dözə bilmərəm. Evdə iş görəndə belə, tez yoruluram. Kimyaterapiya gücümü alıb. Səhnədə tərəf müqabillərim də qalmayıb, hamısı bu dünyadan köçdü. Hamısı üçün darıxıram, əvəzolunmaz sənətkarlar idi”.
Xatırladaq ki, bir vaxtlar səhnədə rəngarən rolla oynamış Kubra Əliyeva xərçəng xəstəliyindən əziyyət çəkir. Həkimlər onun hər iki süd vəzisini amputasiya ediblər.