Mətbuatda müğənni Mətanət İsgəndərlinin sabiq MTN generalı Akif Çovdarovun məhkəməsində iştirak edəcəyi barədə məlumat yayılıb. sabahinfo.az xəbər verir ki, politika.az saytının yaydığı məlumata görə, buna səbəb ABU-nun rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə Mətanət İsgəndərlinin münasibətlərinə görə A.Çovdarovun pul tələb etməsidir.
Eyni zamanda, bunda Mətanət İsgəndərlinin rolunun olduğu da iddia edilir. Vaxtilə bu ittihamları Mahir Abdullayevin qardaşı Elşad Abdullayev öz açıqlamalarında səsləndirib. Onun iddialarına görə, Mahir Abdullayevlə Akif Çovdarov arasında 2003-cü ilin əvvəllərində Rusiyanın Sverdlovsk vilayətinin Verxuturye şəhərində generala məxsus taxta-şalban zavodunun alınması ilə bağlı sövdələşmə olub. A.Çovdarov M.Abdullayevə 300 min dollar borclu qalıb. Və Mətanət İsgəndərli A.Çovdarovla əlbir olub.