Moldovada prezident seçkilərinin ikinci turu noyabrın 13-də keçiriləcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bununla bağlı ölkənin Mərkəzi Seçki Komissiyası qərar qəbul edib.
Seçkilərdə birinci turda ən çox səs toplayan Sosialist partiyasının sədri İqor Dodon (47,98%, 680 550 səs) və Həmrəylik Partiyasının lideri Maya Sandu iştirak edəcək (38,71%, 549 152 səs).
İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.
Xatırladaq ki, Moldovada prezident seçkilərinin ilk turu oktyabrın 30-da baş tutub.