BMT Ukraynada öldürülən dinc sakinlərin sayını açıqladı

Rusiyanın Ukraynaya hücumu nəticəsində ümumilikdə 1035 mülki şəxs həlak olub, 1650 nəfər isə yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı bəyanat yayıb.

Bildirilib ki, ölənlərin 90 nəfəri, yaralıların isə 118 nəfəri uşaqdır.

Açıqlamada bildirilib ki mülki şəxslər hava hücumları da daxil olmaqla, ağır artilleriya, reaktiv yaylım atəşi, raket sistemləri və geniş təsir dairəsinə malik partlayıcı silahların istifadəsi nəticəsində öldürülüb.