Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bulud Kərimovun və Urfan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Sabahinfo.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə B. Kərimov 4 il, U. Hüseynov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşı kimi təqdim edərək, vətəndaşların etibarından sui-istifadə etməklə külli miqdarda dələduzluq ediblər. Cinayət işi üzrə 22 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.