Müdafiə Nazirliyinin rəisi vəzifədən getdi - Rəsmi

Müdafiə Nazirliyinin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur.

Sabahinfo.az xəbər verir ki, bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur.

Nazirliyin məlumatında o da bildirilir ki, Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafovun qurumun Xüsusi Təhlükəsizlik İdarəsinə heç bir aidiyyəti yoxdur.

***

Azərtac-ın məlumatına görə, Silahlı Qüvvələrin hərbi qulluqçusu polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub.