NATO Baltikyanı ölkələrdə və Polşada 4 tabor yerləşdirəcək

NATO-ya üzv ölkələrin liderləri Baltikyanı və Polşada rotasiya əsasında dörd çoxmillətli tabor yaratmağa qərar verib.

Bunu NATO baş katibi Yens Stoltenberq bəyan edib.
 
"Biz NATO-nun şərq hissəsində hərbi iştirakımızı genişləndirmək məqsədi ilə 4 taborun yaradılmasına qərar verdik", deyə Y.Stoltenberq bildirib.
 
Onun sözlərinə görə qoşunlar rotasiya əsasında yerləşdiriləcək. Latviyaya Kanada, Litvaya Almaniya, Estoniyaya  Böyük Britaniya, Polşaya isə ABŞ hərbçiləri göndəriləcək.