"IV İslam Həmrəyliyi Oyunlarında peşəkar idmançılar iştirak edirdi. Bizim idmançılarımız da gərgin mübarizə apardı və birinci yerə sahib oldu. Təhlükəsizlik, nəqliyyat baxımından hər şey yüksək səviyyədə təşkil olundu, qonaqlar da razı qaldı".
Bunu gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov bu gün İslamiadanın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
A.Rəhimov qeyd edib ki, 16 idman obyektində yarışlar heç bir problem olmadan keçirilib.
Azad Rəhimov deyib ki, Oyunlarda 59 ölkədən 360 min bilet alınıb. Nazir bildirib ki, bilet satışından 3 milyon manata yaxın gəlir əldə edilib.
"Ancaq bu rəqəmlər hələ dəqiqləşdirilir. Bu işlər tam yekunlaşdıqdan sonra dəqiq rəqəmlər açıqlanacaq".