Nazirə yumurta atdılar

Fransanın iqtisadiyyat naziri Emmanuel Makrona nümayişçilər yumurta atıblar.

Sabahinfo.az  modern.az-a istinadən bildirir ki, insident Monterrey şəhərində, nazir Xalq Cəbhəsi siyasi koalisiyasının 80 illiyinin şərəfinə buraxılan yeni poçt markasının təqdimatına gələndə baş verib.

Makron avtomobildən çıxanda həmkarların nümayəndələri "Get" qışqıraraq nazirə tərəf yumurta atıblar. Onlardan ən azı biri Makronun başına dəyib. Nümayişçilərin etirazının səbəbi hökumətin əmək qanunvericiliyinə planlaşdırdığı islahatla bağlıdır.

Fransada əmək islahatına qarşı etirazlar artıq bir neçə aydır davam edir.