İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani SABAHINFO.AZ saytına müsahibə verib. Müsahibəyə başlayanda divarda öz imzası ilə asılan rəsm əsəri ilə başladıq. Dediyinə görə bu rəsm əsərində odla suyun bir arada olmasını canlandırıb. Bu rəsm əsəri həm də Azərbaycanla bağlıdır. Cənab səfirin Azərbaycandakı fəaliyyətini tərənnüm edir. Rəsm əsərində canlandırılan Arxipediya gülüdür. Bu gül yalnız İndoneziyada mövcuddur. Digər tərəfdə isə Kataliya gülü var. Bununla yanaşı alov və su da tərənnüm olunub ki, bu da İndoneziya güllərini odlar yurduna gətirilməsini ifadə edir. Güllər barəsində məlumat verən cənab səfir deyir ki, Arxideya gülü sevgi, sevgi dolu ürəyin simvoludur. İndoneziyada çox bahalı güldür. Yalnız meşələrdə tapılır. Çox az tapılan güldür. Sanki ağacın kökündə yaşayır. Yalnız bitmir. Ağacın əlavəsi olaraq yaşayır. Kataliya gülü isə birliyi işarə edir. İnsanları sevdiyini deyən H.Fanani bundan məmnun olduğunu deyib.
-Rəsm əsərlərinizdə nəyi
tərənnüm edirsiniz?
-Kaliqrafik ayzılar çəkirəm.
Təbiəti, gülləri, heyvanları çəkirəm. İnsan siması da çəkirəm. Ancaq bu nadir
hallarda olur.
-Cənab səfir.
Bu yöndə təhsiliniz varmı ya bu daxildən gələn istedaddır?
-Bu Allahdan gələn
sevgidir. Rəsm çəkməyi çox sevirəm. Hətta uşaq yaşlarımda belə rəsm əsərləri çəkmişəm.
-Azərbaycanda özünüzü
necə hiss edirsiniz?
-Azərbaycan çox gözəl
ölkədir. Ümumilikdə mən nə qədər ki, Azərbaycanda qalıram bir o qədər də bura
vuruluram.
-Azərbaycana səfir təyin
olunana qədər ölkəmiz barəsində məlumatınız vardımı?
-Azərbaycan haqqında
ilkin məlumatlarım olmayıb. Səfir təyin olunanan qədər bu ölkə barəsində məlumatım
olmayıb...
-Azərbaycan 9 iqlim
qurşağında yerləşir. Cənab səfir də regionlarımızda olur. Hansı regionumuz ona
daha yaxın gəlir?
-Mən sevə-sevə Bakının
adını qeyd etmək istəyərdim. Çünki Bakı Xəzərin sahilində yerləşir. İndoneziya
adalar qurupudur. Arxipelaq bir ölkədir. Biz də suyu görürük. Okeanları
görürük. Mən dağlıq əraziləri də sevirəm. Indoneziyada dağların əksəriyyəti
vulkanik dağlardır. Burda isə dağların əksəriyyəti qarla örtülüdür.
-Azərbaycanda İndoneziya
Mədəniyyət Festivalları keçirilir. Bu festivalları keçirməkdə məqsədiniz nədir?
-Artıq bir neçə ildir
ki, bu festivalalrın əsas məsdəqi İndoneziyanı Azərbaycan xalqına təqdim etməkdir.
Mən Azərbaycanxalqına deyil, eyni zamanda bütün Qafqaza bildirmək istəyirəm ki,
dünyada İndoneziyalılar adlı xalq var. Onlar İndoneziyada yaşayır, ən böyük müsəlman
ölkəsidir. 270 min əhalisi vardır və Arxipelaq dövlətdir.
-İndoneziya gərbi mənimçün
çox maraqlıdır. Bu gerb nəyi ifadə edir?
-Gerbin üzərində olan
quş qartaldan da böyük quşdur. Bu quşun adı Lancavadır (racavali). Bu İndoneziyada
yaşayır. Şahibə bənzər quşdur. Gerbin mərkəzində olan 5 əsas göstərilib. Ortada
olan ulduz qüdrətli Allahı işarə edir. İndoneziyada hər bir insanın dini
olmalıdır. İndoneziya hökuməti tərəfindən 6 din elan olunub. Ağac işarəsi isə
birliyə işarədir. İndoneziya hər zaman bir olmalıdır. Belə ki, 1300 etnik qurup
var. 800 dil var. 17 min 500 ada var. 43 əyaləti var. 560 rayonu
var. Bundan sonra düzgün, ədaləti ifadə edən simvol da var. Həm mədəni cəhətdən
inkişaf etməlidir həm də ədalətli olmalıdır. 4-ci simvol isə demokratiyanı işarə
edir. İndoneziya dünyada ABŞ-dan sonra ən böyük demokratik dövlətdir. Burda
sosial ədalətlilik prinsipi də etifa olunur.
Gerbin mərkəzində sanstrik dilində söz yazılıb. Bu söz müxtəliflik həm də
birlik devizini aşılayır. Quşun
qanadlarınıs aysanız 17 dənədir. Gerbin quyruğunda 8 dənə lələk var. Boyun və
qiçlarında olan tüklərin sayı isə 45 dir. Bu isə onu göstərir ki, İndoneziya 17
avqust 1945-ci ildə müstəqilliyini əldə edib. Bu elə bir quşdur ki, bu quş
bütün İndoneziya üzərində gəzə bilər.
-Qadınlar bu sistemdə
nə dərəcədə rol oynayır?
-Hal ahzırda
İndoneziyada qadınlar bir çox nazirliklərdə təmsil olunurlar, səfirlər,
hüquqşünaslar, həkimlər, zəngin iş adamları, pilot olan xanımlar da var. Hərbiçi
xanımlar da var.
- Azərbaycanda nə qədər
İndoneziya vətəndaşı var. Onlar nə kimi işlər görürlər?
-Aprelin 17-də İndoneziyada prezident və parlament seçkiləri
keçiriləcək. Bu seçkidə Azərbaycanda olan 114 indoneziyalı seçkidə iştirak edəcək.
Çox güman ki, onlardan 70-80 faizi iştirak edə biləcəklər. Bura yaş və digər məsəklələr
öz təsirini göstərir.
-Burda olan
İndoneziyalılar əsasən Neft təşkilatlarında, SOCAR-da çalışırlar.
-Övladınız hansı ali təhsil
müəssisəsində təhsil alır?
-Övladım burda ADA
Universitetində təhsil alır.
-Azərbaycan dahilərindən
kimi tanıyırsınız?
-Nizami Gəncəvi
haqqında kifayyət qədər məlumatım var. O, dünya söhrətlidir. Xəmsəni yazıb. Ən
çox tanınan "Leyli və Məcnun” əsəridir. Mən çox kiçik yaşlarımda "Leyli və Məcnun”
haqqında eşitmişəm. Anam mənə heyayələri danışardı. Bunlardan ən çox sevdiyim
sevgi hekayələri idi. Mən bilmirdim ki, anamın danışdığı hekayə hansı əsərdəndir.
Azərbaycan gələndən sonra bildim ki, bu hekayə "Leyli və Məcnun” əsərindəndir. Bu
əsəri dünyaya böyük təsiri olan əsər kimi dəyərləndirirəm. Qərbdə orta əsrlərdə
Şekspir Romeo Culyetda əsərini yazıb. Onun bu əsəri yazmağına da "Leyli və Məcnun”
əsərinin təsiri olub. Şərqdə isə İndoneziyanın məhşur şairi Hamza Fansuri var.
O "Tacu Sallad” adlı əsərini yazıb. Sevgidən bəhs olunur. Bu əsərdə də "Leyli və
Məcnun” un təsiri var. Nizami Gəncəvi sevgini yayan dahi şair olub. Əgər Nizami
Gəncəvi olmasaydı bəlkədə dünyada sevgi olmazdı.
Ədil Ədilzadə