ABŞ Prezidenti Barak Obama Florida ştatının Orlando şəhərində baş verən terror aktına münasibət bildirib.
sabahinfo.az xəbər verir ki, Ağ Ev rəhbəri 50 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu terror adlandırıb:
"Orlando şəhərində baş verən hadisə terrordur. Hər şeydən öncə dəqiq olan silahlının içindəki nifrətdir”.
Xatırladaq ki, Ömər Martin adlı İŞİD üzvü "Pulse” gecə klubuna silahlı hücum edib. Nəticədə 50 nəfər ölüb, 53 nəfər isə yaralanıb.