Obamanın gələcək peşəsi məlum oldu

Rusiya KİV-lərinə istinadən xəbər verir ki, ABŞ prezidenti Barak Obama 2017-ci ilin yanvar ayında səlahiyyət müddətini başa vurduqdan sonra hansı işlə məşğul olacağını açıqlayıb.

O Milli Basketbol Assosiasiyasının komandalarından birinin sahibi olmaq istədiyini söyləyib. Obama bu işi hobbi olaraq çox sevdiyini qeyd edib. Hələlik bunun hansı komanda olacağı açıqlanmasa da ekspertlər prezidentin azarkeşlik etdiyi "Chicago Bulls" klubunu ala biləcəyini ehtimal edirlər.

"Mən həmişə öz basketbol komandamı yığmaq arzusunda olmuşam. Bu həddən artıq gözəl olardı",- deyə ABŞ prezidenti ölkə KİV-lərinə müsahibəsində bildirib.

Obama müntəzəm olaraq Ağ Evdə NBA çempionlarının şərəfinə qəbullar təşkil edir.