Ölümündən öncə anası ilə mesajlaşdı: "Səni sevirəm..." - FOTO

ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı zamanı ölən 30 yaşlı Eddi Castisin anası ilə son yazışamaları üzə çıxıb.

sabahinfo.az azvision.az-a istinadən bildirir ki, hadisə zamanı tualetdə gizlənən Castis son olaraq anası Minaya onu sevdiyini yazıb.

Həmin yazışmanı təqdim edirik:

Eddi: Anacan, mən səni sevirəm
Eddi: Klubda atəş açırlar
Mina: Sən yaxşısan?
Eddi: Mən tualetdəyəm.
Mina: Hansı klub?.
Eddi: Pulse. Mərkəzdə.
Eddi: Polisə zəng elə.
Eddi: Mən öləcəyəm.
Mina: Mən polisə zəng edirəm.
Mina: Sən hələ də ordasan?
Mina: Lənətə gəlmiş telefona cavab ver.
Mina: Onlara zəng elə.
Mina: Mənə zəng elə.
Eddi: Onlara zəng elə. İndi.
Eddi: O gəlir.
Eddi: Mən öləcəyəm.
Mina: Polislər orada gizlənməyini istəyir. Kim yaralıdır?
Eddi: Hə. Çoxdur.
Eddi: Cəld ol. O buradadır.
Bir neçə dəqiqədən sonra Mina oğluna polisin hadisə yerində olduğunu yazıb və polislər orada olarkən ona xəbər etməsini istəyib. Lakin ananın bu mesajına övladından cavab gəlməyib.

Xatırladaq ki, ABŞ-ın Florida ştatının Orlando şəhərində gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.
Ölümündən öncə anası ilə mesajlaşdı: "Səni sevirəm..." - FOTOÖlümündən öncə anası ilə mesajlaşdı: "Səni sevirəm..." - FOTO