Bu gün ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse” gecə klubunda kütləvi qətl törədən şəxsin ABŞ vətəndaşı Omar Matin olduğu məlum olub.
sabahinfo.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə CBS telekanalı məlumat yayıb.
O. Matin Florida ştatının sakinidir.
Qeyd edək ki, Orlando polis rəisi Con Mina bu gün ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse” gecə klubunda naməlum şəxsin açdığı atəş nəticəsində 20-ə qədər insanın öldüyünü, 42 nəfərin yaralandığını bildirib. Gecə klubundakı insanları atəşə tutan şəxs polislə atışma zamanı öldürülüb. Terrorizm maddəsi üzrə cinayət işi açılıb.