XVI əsrin böyük filosof və məntiq alimi Mahiyəddin Talışi 1550-ci ildə Dırıq mahalında anadan olmuşdur. Dırıq dedikdə Lerik rayonunun bir bölgəsi, ərazisi nəzərdə tutulur.
Məhiyəddin Talışi Yaxın Şərq ölkələrində təhsil alan müdrik filosof, görkəmli alimlərdən elm və məntiqi, qabaqcıl fikirləri mənimsəmiş, dövrünün böyük nüfuza malik şəxsiyyəti, "tayfa ağsaqqalı" qaliblərin ən seçilmiş olan asnaqaranlı Babagilin (əsl adı Nizamaddin Əmirə Şahsəvər Gilani Kəsgəri) müridlərindən olmuşdur.
Görkəmli alim "Meşhaciət-talibin" (Tələbələrin proqramları - 1588), Təhrirütəni" (Redaktə edəni oyandıran kitab) və "Şərhi isağuci" adlı məşhur əsərlərini göstərmək olar. Məntiqdən bəhs
edən sonuncu əsər Əsirəddin Əbhərinin "Şərhi isağuci" (Kateqoriyalara girişin izahı) adlanır. Əlyazması katib Seyid Əhməd İbn Xan Əhməd tərəfindən hicri 1008-ci (miladi 1629) ildə köçürülmüşdür. 1629-cu ildə vəfat etmiş alimin qəbri şanlı mürşüdü Nizaməddin Əmirə Şahsəvər Gilaninin, yəni Babagilin qəbri yanındadır.
Enarə Həziyeva