BÖYÜK VİRTUAL ÇİN SƏDDİ - “Qızıl Qalxan”

2000 il öncə Çində Böyük Çin Səddinin inşası başladı. Bu divar şimaldan gələn təhlükələrin qarşısının alınması məqsədilə ucaldı və tikintisi 1500 il davam etdi. 

“Azerforum”a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, İqtisad elmləri üzrə fəlsəfə doktoru Tahir Mirkişili bildirmişdir ki, “XXİ əsrdə Çin yenidən özünü qorumaq üçün yeni bir divar inşa etmək qərarına gəldi - bu dəfə artıq virtual məkanda bütün dünyadan gələ biləcək təhlükələrdən qorumaq üçün - “Qızıl Qalxan” (firewall) inşa edilməyə başladı. Qeyri-Çin saytlarına, sosial şəbəkələrə və media resurslarına girişi məhdudlaşdıran bu Qızıl Qalxanın inşasına isə xeyli az - 7 ilə yaxın bir vaxt sərf olundu.”

T.Mirkişilinin sözlərinə görə Hazırda Google, Facebook, Instagram, Youtube, Vimeo, Whatsapp, Telegram və s. kimi tətbiqlər bu virtual Çin səddini aşa bilmirlər. Əvəzində isə çinlilərə Baidu (Google əvəzinə), Tencent (sosial şəbəkə), Wechat (whstaspp əvəzinə) kimi yerli tətbiqlər təklif olunur. 1 milyarda yaxın internet istifadəçisi olan bir ölkədə bu cür şirkətlər xarici rəqibləri ilə rəqabət apara bilirlər və bazar dəyərləri də xeyli yüksəkdir.  

Deputat daha sonra qeyd ermişdir ki, hazırki mərhələdə Böyük Çin Virtual Duvarı internetdəki istənilən fəaliyyəti anonim etməyə imkan vermir: bütün şərhlər və məzmun, əgər qadağa olunmuş sözlər varsa redaktə oluna və ya pozula bilinir, daxil olma yalnız şəxsiyyət vəsiqəsi ilədir və anonim nəsə yazmaq olmur, bütün məlumatlar dövlət təhlükəsizlik orqanlarında toplanır.