Pakistanda baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 14 nəfər yaralanıb

Naməlum şəxslərin Pakistanın cənubundakı Larkan rayonunda qoşunlarının nəzarət-buraxılış məntəqələrindən birinə hücumu zamanı azı 1 nəfər ölüb, 14 nəfər yaralanıb.

sabahinfo.az Report-a xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Larkan rayonunun Sind əyalətinin cənubunda baş verib. Naməlum silahlılar nəzarət buraxılış məntəqəsinə məsafədən idarə olunan partlayıcı qurğularla hücum etdikdən sonra hadisə yerindən qaçıb gizləniblər. 

Polisin sözlərinə görə, partlayıcı qurğu velosipeddə yerləşdirilib.

Nəticədə 4-ü hərbçi və 8-i dinc sakin olmaqla, 12 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisədə şübhəli bilinən iki nəfər saxlanılıb.