Prezident İlham Əliyev Şamaxıya səfəri zamanı zəlzələdən zərər çəkən tikililərə baxıb.
BakuPost xəbər verir ki, prezident sakinlərə bildirib ki, müvafiq göstərişlər verilib: "Fövqəladə hallar naziri dünəndən Şamaxıdadır. Yaxşı işləyirlər. Harda ki evləri bərpa etmək mümkündürsə, bərpa ediləcək. Harda ki bərpa etmək mümkün deyil, yeni ev tikiləcək. Dövlət bu işi öz üzərinə götürüb”.
Qeyd edək ki, İlham ƏliyevŞamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq iki milyon manat ayrılıb.