Prezident iki deputatla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev deputat Hadi Rəcəblinin 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sabahinfo.az-ınməlumatına görə, H. Rəcəbli Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Prezidentin digər sərəncamı ilə millət vəkili Musa Qasımlı Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət” ordeni ilə təltif olunub.