Prezidet İlham Əliyev Dövlət Dəniz Akademiyasının rektoru, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovu "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edib.
Bu barədəModern.az-a özəl olaraq Heydər Əsədov özü məlumat verib.
H.Əsədov bu medala layiq görülməsilə ilə bağlı ölkə başçısı İlham Əliyevə təşəkkür edib:
1978-1984-cü illərdə İnstitutda oxuduğu illərdə fəhlə, mühasib, böyük mühasib, böyük təftişçi vəzifələrində çalışıb. 1983-1992-ci illərdəAzərbaycan Dövlət İqtisad İnstitutundamüəllim, baş müəllim vəzifələrində işləyib, 1987-ci ildə M.V.Lomonosov adınaMoskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsini alıb.
1992-1995-ci illərdəTürkiyəninMərmərə Universitetinindoktorantı olub.
1995-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə maliyyə nazirinin müavini təyin edilib, 1996-2007-ci illərdə Maliyyə Nazirliyi yanında Baş Dövlət Xəzinədarlığının Baş direktoru, maliyyə nazirinin müavini, 2007-2013-cü illərdə isə Hesablama Palatasının sədri vəzifələrində çalışıb.
22 oktyabr2013-cü ildən 2018-ci ilin aprelinədək kənd təsərrüfatı naziri vəzifəsində çalışıb.
2011-ci ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir.