Prezident ilham Əliyev Salyan rayonunun
Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun tikintisi ilə bağlı
tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, on bir min nəfər əhalinin yaşadığı 4 yaşayış
məntəqəsini birləşdirən Abadkənd–Kolanı–Xələc–Yenikənd avtomobil yolunun
tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət
büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə
avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə
tutulmuş vəsaitin 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manatı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.