Prokuror Aytacın qatilinə ən ağır cəzanı istədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə İzzət Rüstəmovun vəkili vəsatət qaldıraraq ekspertizanın yenidən aparılması istəyib. Vəsatət təmin edilməyib.

Sonra hakim zərərçəkən şəxsin hüquqi varisinə söz verib. Gözəl Babayeva İ.Hüseynova ömürlük həbs cəzası verilməsini istəyib.

Daha sonra dövlət ittihamçısı çıxış edib. O, İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses noyabrın 20-də keçiriləcək.

Qeyd edək ki, bu ilin aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib.

Lent.az