Putin Yanukoviçlə gizli görüşüb - İDDİA

Rusiya prezidenti Vladimir Putin Volqoqrad yaxınlığında Ukraynanın eks-prezidenti Viktor Yanukoviçlə Pol Manafortun Regionlar Partiyasından  ödənişlər alınmasını sübut etmək üçün gizli görüşkeçirib. 

 

sabahinfo.az xəbər verir ki, bu haqda məlumat yayan Amerikanın "Newsweek” nəşri Qərb kəşfiyyatının Rusiyadan aldığı informasiyaya istinad edib.

 

Məlumatda bildirilir ki, ABŞ prezidentliyinə Respublikaçılar partiyasının namizədi Donald Trampın seçki kampaniyasının keçmiş rəhbəri Pol Marafortun Regionlar Partiyasında 12,7 milyon dollar alması haqda xəbərin yayılmasından sonra Putin Yanukoviçlə Volqoqrad yaxınlığında gizli görüşü baş tutub.

 

"Yanukoviç Putini inandırıb ki, Manaforta ödənişi göstərə biləcək heç bir sənəd izi yoxdur. Putin isə öz ətrafına Ukraynanın keçmiş prezidentinə inanmadığını deyib”, - nəşr yazır.

 

Məlum olduğu kimi, mayın 31-də xalq deputatı Sergey Leşenko RegionlarPartiyasının "Bizim Ukrayna” və Kommunist partiyalarının fəaliyyəti, eləcə də 2012-ci ildə Mərkəzi Seçki Komissiyasının işi üçün böyük miqdarda pul ayırdığını sübut edən faktları açıqlayıb.

 

Sənəddə amerikalı lobbist və siyasi texnoloq Pol Manafortun da adı çəkilib. Bundan sonra o "qara mühasibatlıq” qalmaqalına görə Donald Trampın seçkiqabağı qərargahından getməyə məcbur olub.

 

Hazırda bu işlə bağlı araşdırma gedir. Manafort isə bu ödənişləri aldığını təkzib edir.