Putindən Devid Kemerona - SƏRT CAVAB

Rusiya prezidenti Vladimir Putin Böyük Britaniyada keçirilən referendumun nəticələri ilə bağlı fikirlərini bölüşüb.

sabahinfo.az  teleqraf.com-a istinadən bildirir ki, o, referendumun nəticələrinin dünya birjalarına təsir edəcəyini deyib.
 
Putinin sözlərinə görə, referendum Britaniyanın daxili məsələsidir. Rusiyalı lider Böyük Britaniyanın baş naziri Devid Kemeronun fikrinə də münasibət bildirib: "Kemeron açıqlamasında Rusiyanı Britaniyadakı referendumun nəticələrinə təsir etməkdə günahlandırıb və bildirib ki, Putin bundan xoşbəxt olacaq. Bu, Kemeronun seçici fikrinə təsir üçün istifadə etdiyi kobud addımdır. Rusiya bu məsələyə heç vaxt qarışmayıb və qarışmayacaq. Kemeronun bu fikri də əsassızdır".
 
Putin Britaniyanın bu qərarının Avropa Birliyinin Rusiyaya qarşı yeritdiyi sanksiyalar siyasətinə təsiri ilə bağlı sualı da cavablandırıb: "Fikrimcə, bu siyasətə heç bir təsiri olmayacaq".