“Qarabağ” növbəti mübarizədə

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turunda daha bir oyun keçiriləcək.
 
sabahinfo.az qafqazinfo-ya istinadən xəbər verir ki, son üç çempionatın qalibi "Qarabağ” səfərdə "İnter”in qonağı olacaq. Turun mərkəzi oyunu saat 20:00-da başlayacaq.
 
Qeyd edək ki, sabah keçiriləcək "Qəbələ" - "Kəpəz" matçı ilə tura yekun vurulacaq.
 
7 avqust (bazar)
 
20:00. "İnter” – "Qarabağ”
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
 
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
 
AFFA nümayəndəsi: Abbas Hüseynov
 
Hakim inspektor: Məlik Həsənov
 
"İnter Arena”.