Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "C” qrupunda yer alan Ağdamın "Qarabağ” komandası ilə İtaliyanın "Roma” klubu arasında keçiriləcək oyunu portuqaliyalı hakimlər briqadası idarə edəcək.
Sabahinfo.az UEFA-nın saytına istinadla xəbər verir ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda oynanılacaq görüşün baş hakimi Artur Dias olacaq. Ona həmyerliləri - yan xətt hakimləri Rui Tavares və Paulo Soares kömək edəcəklər. Dördüncü hakim funksiyasını Bruno Rodriges yerinə yetirəcək. Matçın hakim-inspektoru Haim Yakov (İsrail), UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamovdur.
Bu qrupun digər oyununda "Atletiko Madrid” klubu "Çelsi”ni qəbul edəcək.