Ermənistan ordusunun əsgəri, 19 yaşlı Qrant Qriqoryanın Azərbaycanın işğal altında olan Dağlıq Qarabağda özünü öldürməsində təqriskar bilinən "N" saylı hərbi hissənin tağım komandiri saxlanılıb.
sabahinfo.az modern.az-a istinadən bildirir ki, leytenant rütbəli komandirin zorakılığı, qəddar rəftarı nəticəsində əsgər intihar edib.
İstintaqdan verilən məlumata görə, bu davranışlara tab gətirməyən əsgər iyunun 17-də tapança ilə öz ağzından atəş açıb. Bu da onun ölümü ilə nəticələnib.