Qəbələdə qətl törədilib.
Hadisə rayonun Mirzəbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 1986-cı il təvəllüdlü Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla baş və boğazını kəsib. Nəticədə çoxlu qan itirən qadın hadisə yerində ölüb.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.(ONA)