Qərb Putin-Ərdoğan görüşündən narahatdır

"Türkiyə prezident i Rəcəb Tayyip Ərdoğan hərbi çevriliş cəhdindən sonra ilk xarici səfərini müttəfiq NATO ölkələrinə deyil, Rusiyaya edəcək”.

 

sabahinfo.az xəbər verir ki, bu barədə Britaniyanın nüfuzlu "Finacial Times” qəzeti yazır.

 

Ekspertlər hərbi çevriliş cəhdindən sonra Ərdoğanın hansı yola gedəcəyini anlamağa çalışırlar. Bu fonda onun Sankt-Peterburq səfərinin çox böyük əhəmiyyəti var.

 

"Bir çox sahələrdə əməkdaşlıq, o cümlədən Qərbə dərs vermək istəyi Ankaranı Moskva ilə yaxınlaşmağa vadar etdi. Bundan başqa, Türkiyə uğursuz çevriliş cəhdindən sonra Rusiyanın birmənalı dəstəyini alqışladı, Vaşinqton ilə danışıq tonunda isə narazılığını hiss etdirdi”.

 

"Financial Times” əməkdaşı Moskvadakı türk diplomatının da fikirlərini öyrənib.

"ABŞ ilə münasibətlərimiz son 50 ilin ən pis dövrünü yaşayır. Təbii ki, bütün bunlar Rusiya ilə əməkdaşlığı cazibəli edir”- deyə adı açıqlanmayan diplomat deyir.

 

Bununla belə, Türkiyə rəsmlərinin qeyri-rəsmi görüşlərdə Vaşinqtonla körpüləri tam yandırmaq istəmədiklərini və onların ittifaqının regional sabitlik üçün önəmli rol oynadığını bildiriblər. Doğurdan da, ABŞ-Türkiyə münasibətlərində 1974-cü ilin Kipr böhranı, 2003-cü ildə İraq ərazisinə hərbi müdaxilə üçün Türkiyənin öz ərazisindən istifadəyə qadağa qoyması, amerikalıların isə öz növbəsində İraq kürdlərini Səddam Hüseyn və İŞİD-ə qarşı mübarizədə dəstəkləməsi kimi böhranlı məqamlar olub.

 

Nəşr digər tərəfdən Rusiya və Türkiyənin Suriya münaqişəsində mövqelərinin yaxınlaşa biləcəyini yazır.

"Türkiyə Qərbə təzyiq göstərmək üçün Suriya məsələsində Moskva ilə yaxınlaşmağa gedə bilər. Ola bilsin ki, Ankara Əsəd rejiminə qarşı münasibətini yumşaltsın amma bunun qarşılığında Ərdoğan Suriya kürdləri ilə bağlı Putinin dəstəyini qazanmağa ümidlidir”.

 

Bütün bunlara baxmayaraq, "Finacial Times” qəzeti Ərdoğanla Putinin Peterbuq görüşünün yekun nəticələri barədə öncədən proqnoz verməyin qeyri-mümükün olduğunu etiraf edir.