Rio-2016: Boksçumuz fransalı rəqibini nokauta saldı

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan boksçusu Abdulqadir Abdullayev (91 kq) mübarizəyə başlayıb.

sabahinfo.az xəbər verir ki, boksçumuz rinqdəki ilk döyüşündə Fransa idmançısı Paul Omba Bionqolo ilə qarşılaşıb.

Fransalı rəqibini texniki nokautla məğlub edən Abdulqadir Abdullayev 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Avqustun 10-da növbəti döyüşünə çixacaq idmançımızın rəqibi özbəkistanlı Rustam Tulaganov olacaq.