Rio-2016: Kamran Şahsuvarlı ilk döyüşdən qalib ayrıldı

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı ilk döyüşünə çıxıb. 

sabahinfo.az xəbər verir ki,  75 kq çəki dərəcəsində mübarizə aparan idmançımız çinli Çao Minqqanqla qarşılaşıb.

Görüş 3:0 hesabı ilə Kamranın xeyrinə başa çatıb. 

Növbəti mərhələdə həmyerlimizin rəqibi rusiyalı Artyom Çebotaryovolacaq. Döyüş avqustun 13-də keçiriləcək.