Ronaldinyo "Barselona"nı ziyarət etdi - Fotolar

Brazilya futbolunun canlı əfsanəsi Ronaldinyo "Barselona"nın düşərgəsini ziyarət edib.

Qol.az-ın xəbərinə görə, komandanın məşqini izləyən veteran futbolçu daha sonra oyunçularla görüşüb.

O, rəsmi "instagram" səhifəsində Messi və Neymarla olan şəkillərini paylaşıb və onlarla görüşdüyü üçün sevindiyini yazıb.

Qeyd edək ki, Ronaldinyo 2003-2008 ci illərdə Kataloniya klubunda çıxış edib.