Ronaldoya təhdid: - “Komandama qol vursan…”

Dünyaca məşhur "Taxt oyunları” (Game of Thrones) teleserialının mənfi qəhrəmanı Haftor Bjornsson Kriştiano Ronaldonu "təhdid” edib.

 

Sabahinfo.az xəbər verir ki, aktyor Portuqaliya-İslandiya matçı öncəsi məşhur futbolçuya xəbərdarlıq edərək milli komandası İslandiyaya qol vurmamasını istəyib:

 

"Adım Haftor Bjornssondur. Ronaldo, sənə bir mesajım var. Bilirəm, İslandiyaya qarşı oynayacaqsan. Əgər mənim komandama qol vurmağa cəsarət etsən, səni tapıb…”

 

2.06 metr boyu və 190 kiloqram çəkisi olan aktyorun bu xəbərdarlığına Ronaldonun hansı cavabı verəcəyi maraqla gözlənilir.