Rusiya SSRİ-nin 1,7 milyard borcunu qaytardı

Rusiya Küveytə sovet dövründən qalan borcunu tam ödəyib.

sabahinfo.az azvision.az-a istinadən bildirir ki, Rusiya Küveytə ümumilikdə 1,7 milyard dollar ödəyib. Maliyyə Nazirliyi bildirir ki, 1,1 milyard pulla ödənilib, qalan hissə isə Rusiya istehsalı olan yüksək texnoloji məhsulla əvəzlənib. Borcun bu formada ödənilməsi ilə bağlı razılıq 2006-cı ildə əldə edilib.

Rusiya bundan əlavə, SSRİ-nin Koreya Respublikası, Makedoniya, həmçinin Bosniya və Herseqovina qarşısında borc öhdəliklərini də yerinə yetirməlidir.