Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, Baş Kəşfiyyat İdarəsinin rəisi Qareqin Mxitaryan vəzifəsindən azad edilib.
APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti Serj Sarkisyan müvafiq sərəncam imzalayıb.
Digər sərəncamla bu vəzifəyə Stepan Melkonyan təyin edilib.