Meksikalı bir gənc xaç atasının şeytan olduğunu iddia edərək, onun əmri ilə doğmalarını öldürüb.
sabahinfo.az xəbər verir ki, Meksikanın Rio Bravo şəhərində Jesus Guadalupe Medrano Alvarado adlı 18 yaşlı gənc anasına 44 bıçaq zərbəsi yetirərək qətl edib. Atası evə gələrkən oğlunun ölmüş anasının gözlərini bıçaqla çıxardığını görüb. Dəhşətə gələn ata əlil arabasına məhkum olan qoca anasının da qonşu otaqda eyni şəkildə qətl edildiyini görüb. Şiddətli əsəb gərginliyi keçirən oğlan atasını da öldürməyə cəhd edib. Qonşuların çağırışı ilə hadisə yerinə gələn polis atanın həyatını xilas edə bilib.
Jesus polisin suallarını cavablandırarkən ölüm faktlarına belə açıqlama gətirib: " Xaç atam əmr etdi. Mənim xaç atam şeytandır. O mənə anamla nənəmi öldürüb gözlərini çıxartmağı əmr etdi"./olke.az/