Sumqayıtda səyyar qəbul-görüş

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü şəhərin 5-ci mikrorayon ərazisində keçirib.

Sabahinfo.az xəbər verir ki, qəbulda 30-a yaxın vətəndaşın təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib.

Səyyar qəbulda sakinlərin sosial müdafiə, məhəllədaxili yoların asfaltlanması, dam örtüklərinin vurulması, çoxmənzilli yaşayış binalarında mənzillərinmərkəzləşdirilmişistiliksistemləri ilə qızdırılmasının təmin olunması və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbulda iştirak edən şəhər sakinləri Sumqayıtda son illərdə görülmüş genişmiqyaslı işlərdən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.