Sumqayıt Dövlət Universitetində Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr olunmuş "Sumqayıtın bu günü və sabahı” mövzusunda elmi-praktik konfrans keçirilib
KonfransdaSumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, universitetin professor-müəllim heyəti iştirak ediblər.
Konfransı giriş sözü iləuniversitetin rektoru professorElxan Hüseynovaçaraq bildirib ki, bu gün ölkəmiz dünya miqyasında güclü nüfuza malik bir ölkə kimi tanınır. Əldə edilmiş uğurlar təsdiqləyir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kursu Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Ölkə rəhbərinin çoxşaxəli uğurlu fəaliyyətində regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları xüsusi önəm daşıyır. Məhz bu möhtəşəm quruculuq proqramlarının sayəsində ölkəmizin bütün bölgələrində yüksək tərəqqiyə nail olunub və əhalinin həyat şəraiti daha da yaxşılaşıb. RektorSumqayıtşəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən infrastruktur layihələrdən danışıb. Bildirib ki, Zakir Fərəcovun rəhbərliyi ilə Sumqayıt şəhərinin mədəni səviyyəsi yüksəlmiş, modern inkişafı üçün dövlət proqramına uyğun olaraq bir sıra layihələr gerçəkləşmiş, yeni nailiyyətlər əldə olunub.
Sonra professor Elxan Hüseynov qeyd edib ki, adı, inkişafı Cənubi Qafqazın qüdrətli sənaye mərkəzi olan Sumqayıt şəhəri ilə bilavasitə bağlı olan, onun kadr potensialının, elmi-mədəni elitasının formalaşmasında xidmətləri olan Sumqayıt Dövlət Universiteti bu gün də kadr potensialının inkişafı üçün layihələr gerçəkləşdirir, mühüm uğurlara imza atır. SDU-nun elmi potensialının ildən-ilə artdığını qeyd edən rektor universitetdə Dissertasiya Şurasının yaradıldığını da diqqətə çatdırıb. Qeyd etdi ki, bu gün Prezident İlham Əliyevin hədəflərini uğurla gerçəkləşdirən Sumqayıt Dövlət Universitetində inkişaf və fərqlilik göz önündədir. Həmçinin ali təhsil müəssisəsində əlavə nəzəri və praktiki ixtisas biliklərinə yiyələnmək üçün innovativ təlim-tədris mərkəzinin yaradılması məqsədi ilə universitetdə texnoparkın tədris-təlim mərkəzi yaradılması,universitetin ikinci tədris binasının üzlənməsi və yeni görkəm alması istiqamətində işlər aparılacaq.
Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, yarım əsrdən çox tarixi inkişaf yolu keçən Sumqayıt Dövlət Universiteti, güclü maddi-texniki bazaya malik olub, ötən illər ərzində yüksəkixtisaslı mütəxəssislər yetişdirib və hazırda beynəlxalq əlaqələrini gündən-günə genişləndirməkdədir. Bu ali məktəbdə güclü elmi-pedaqoji potensial vasitəsilə təhsilin inkişafı və müasirləşməsi, dünya standartları səviyyəsinə çatdırılması istiqamətində həlledici və mühüm addımlar atılıb. Bu gün ölkəmizdə sanballı tədris və elmi-tədqiqat mərkəzlərindən biri kimi tanınan Sumqayıt Dövlət Universitetində aktual istiqamətlərdə elmi araşdırmalar aparılır, təhsilin məzmunu elmi nailiyyətlərlə zənginləşdirilir, gündən –günə yeni uğurlar əldə edilir.Sevindirici haldır ki, universitetin əldə etdiyi nailiyyətlər ölkə Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir.
Zakir Fərəcovyubiley ərəfəsində şəhərdə aparılan böyük quruculuq işlərindən, irimiqyaslı layihələrin həyata keçirilməsindən, yeni sənaye müəssisələrinin inşa olmasından, ümumən Sumqayıtın sürətli inkişafından söhbət açıb, bu inkişafın Prezident İlham Əliyevin mütəmadi diqqəti sayəsində mümkün olduğunu vurğulayıb.
Z.Fərəcov onu da qeyd edib ki, bu il Sumqayıt şəhərinin 70 illiyi tamam olur. Bununla bağlı ölkə Prezidenti cənab İlham ƏliyevSumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamimzalayıb. Sumqayıt ötən müddətdə zəngin inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzlərindən birinə çevrilib. İri müəssisələr şəbəkəsinin və müvafiq infrastrukturun formalaşması şəhərin mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə tərəqqisinə güclü təkan verib. Bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olan Sumqayıt qazandığı uğurları ilə Azərbaycanın iqtisadi qüdrətinin daha da artırılmasında yaxından iştirak edir, ölkənin mədəni və intellektual potensialının gücləndirilməsinə töhfələr verir.
Sonda şəhər rəhbəri universitetin müəllim və tələbə heyətinin suallarını cavablandırdı. Tələbələrin sevincinə səbəb olan əlaçı tələbələrə "Bələdiyyə təqaüdlərin” veriləcəyini bildirib. Məzun tələbələrin isə şəhərimizdə fəaliyyət göstərən müəssisələrdə işlə təmin olunmaları üçün köməklik edəcəyinə söz verib.
Ədil Ədilzadə